11:23 / 29-03-2023
İranda zavodda partlayış - ölənlər və yaralananlar var
11:20 / 29-03-2023
SEPAH kanalı Fazil Mustafanın güllələnməsindən yazdı
11:17 / 29-03-2023
Millət vəkilinin güllələnməsi: DTX-nın saxladığı İran casusu demişdi...
10:45 / 29-03-2023
Fazil Mustafa ikinci dəfə əməliyyat olundu
10:41 / 29-03-2023
Polis Ağdaşda əməliyyat keçirib: Saxlanılanlar var - FOTO
10:37 / 29-03-2023
Ceyhun Bayramovun israilli həmkarı ilə görüşü başlayıb - YENİLƏNİB
10:34 / 29-03-2023
Hücumdan sonra deputatın maşını bu hala düşüb - FOTO
09:17 / 29-03-2023
DTX Fazil Mustafa ilə bağlı məlumat yaydı - Terror aktıdır
09:00 / 29-03-2023
Fazil Mustafa belə vurulub - ŞOK DETALLAR
19:34 / 28-03-2023
Ulu öndərin hakimiyyətə qayıdışından sonra soyqırımlara hüquqi-siyasi qiymət verilib
19:34 / 28-03-2023
Soyqrım qurbanlarının qisası Vətən Müharibəsində alındı
19:33 / 28-03-2023
31 Mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir
19:33 / 28-03-2023
Tarixi yaddaşımızdan silinməyən soyqırım
19:32 / 28-03-2023
İllər boyu 31 mart soyqırımına siyasi-hüquqi qiymət verilməmiş, bu barədə həqiqət ümummilli liderimiz Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılmışdır
19:31 / 28-03-2023
Martın 30-da soyqırım aksiyasına rəhbərlik edəcək qurum-İnqilabı Müdafiə Komitəsi təsis edildi
16:00 / 28-03-2023
Sabah manatla bağlı qərar veriləcək
15:00 / 28-03-2023
Füzuli Pənahov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
14:28 / 28-03-2023
Azərbaycan Prezidenti: “Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi”
14:24 / 28-03-2023
Prezident: “Azərbaycan dövləti Laçına qayıdacaq keçmiş məcburi köçkünlərin rahat yaşamasını təmin edəcək”
14:22 / 28-03-2023
ABŞ-da matəm elan edildi - FOTO
14:20 / 28-03-2023
İlham Əliyev Prezidentin Laçın üzrə xüsusi nümayəndəsini qəbul etdi
13:35 / 28-03-2023
Məktəbdə azyaşlı şagirdə pəncərə sildiriblər? - VİDEO
13:30 / 28-03-2023
Rusiya Ukraynada döyüş taktikasını dəyişib
13:26 / 28-03-2023
Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin edilib
13:10 / 28-03-2023
İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir
12:59 / 28-03-2023
Siyasətdə dialoq mühiti mühüm amillərdəndir
12:59 / 28-03-2023
Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir
12:58 / 28-03-2023
“Siyasi partiyalar haqqında” yeni Qanun dövrün tələblərinin zərurətidir
12:57 / 28-03-2023
“Siyasi partiyalar haqqında” yeni Qanun daha geniş imkanlar yaradacaq
12:57 / 28-03-2023
Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir
12:55 / 28-03-2023
Dövlət başçısı beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir
12:26 / 28-03-2023
İmam Həsən Məscidinin axundu Hacı Eldayaq Huseynov
11:22 / 28-03-2023
“İvan, idi domoy!” deməyin zamanı - Bakı 2025-i gözləməyə bilər!
11:05 / 28-03-2023
Nəzir qutularına nəzarət dövlət komitəsinə verilib? - AÇIQLAMA
10:34 / 28-03-2023
Oqtay Əliyev hansı xəstəlikdən əziyyət çəkib? – “Dərmanları atmaqdan imtina edirdi”
10:31 / 28-03-2023
"Ərtoğrul bəy" rolunda çıxış edən direktor DANIŞDI - VİDEO
10:26 / 28-03-2023
Moskvadan İrəvana ciddi xəbərdarlıq
10:19 / 28-03-2023
Süleyman Mikayılova ağır itki
Martın 30-da soyqırım aksiyasına rəhbərlik edəcək qurum-İnqilabı Müdafiə Komitəsi təsis edildi
I Cahan savaşının sonuna doğru bütün dünyada olduğu kimi keçmiş çar Rusiyası ərazisində də kəskin təbəddülatlar baş verməkdə idi. Belə ki, bir tərəfdən tarix dünyanın ən nəhəng imperiyasının çöküşünü izlərkən, digər tərəfdən bu imperiyanın xarabalıqları üzərindən yeni-bolşevik kabusu pərvəriş tapmaqda idi.
Milli münasibətlərin son dərəcədə kəskin qarşıdurmaya səbəb ola biləcəyi Cənubi Qafqazda situasiya daha mürəkkəb idi. Vaxtilə çar rəsmilərinin azərbaycan türklərinə və ermənilərə münasibətdə yürütdüyü ayrı-seçkilik siyasəti hadisələri daha da xaotik məcraya yönəltmişdi. Etibar etmədikləri bəhanəsilə orduya çağırılmayan azərbaycanlılardan fərqli olaraq ermənilər I Dünya Müharibəsinin müxtəlif cəbhələrində vuruşduqlarının şirin muzdu olaraq bağlanmış sazişlərdən faydalanmağa ümidli görünürdülər. Sovet Rusiyası ilə Kayzer Almaniyası arasında bağlanmış Brest-Litovsk sülhünün Qars, Ərdəhan, Batumla bağlı maddələrinə etiraz da bu ümiddən qaynaqlanırdı. O zaman Osmanlı aliyyəsinə ərazi iddiası qaldıran hayların burnunu ovmağa bir həftəlik müharibə kifayət etdi. Özünə”Türkiyə Ermənistanı”yaratmaq istəyən ermənilər Türkiyənin tarixi əraziləri üzərində Osmanlı sultanlarının hakimiyyətini qəbul etməli oldu.
Bu fitnədən əli çıxan erməni millətçiləri bu dəfə nəzərlərini Bakıya dikməli oldular. 1918-ci ilin yazında Bakıda daşnak Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti hakimiyyətdə idi. O zaman bütün Cənubi Qafqaza siyasi hakimiyyətini yaymağa müvəffəq olan Cənubi Qafqaz Seymi belə Bakı üzərində heç bir nüfuza malik deyildi.Bu isə bolşevik maskasına bürünmüş daşnak Şaumyana siyasi torları toxumağa imkan yaradan bir avantaj idi.
Beləliklə, daşnaklar şəhərdəki erməni milli şurası ilə birləşərək siyasi terrora əl atdılar. Azərbaycan xalqının getdikcə yüksəlməkdə olan milli hərəkatına divan tutmaq, “Musavat” partiyasının sosial bazasını məhv etmək, Bakını qeyri-müsəlman şəhərinə çevirmək üçün şəhərdə misli görünməmiş soyqırım həyata keçirdilər.
Martın 30-da soyqırım aksiyasına rəhbərlik edəcək qurum-İnqilabı Müdafiə Komitəsi təsis edildi. Guya ki, Bakıda baş tutmuş sosialist inqilabını müdafiə edirlərmiş kimi verilən bu ad heç də sonrakı günlər baş verən dəhşətli olaylarla uzlaşmırdı. Martın 31-dən erməni kilsəsi yaxınlığında baş tutan təxribatdan sonra küçə və meydanlrda,ayrı-ayrı məhəllələrdə baş verənlər sözün əsl mənasında insanlıqdan uzaq,vəhşi və qəddar əməllər idi.Qadın,uşaq,qoca,şikəst...heç kəsə fərq qoymadan gülləbaran edilir, süngüyə keçirilir, su yerinə qan axıdılırdı.
Aprelin 2-də Bakıda qətliam dayandırıldısa da, qəzalarda qırğınlar davam edirdi. Ümumiyyətlə dinc azərbaycanlı əhaliyə qarşı terror əməliyyatları həmin ilin sentyabrına kimi davam etmişdi ki, bunun nəticəsində tam olmayan statistikaya görə 50 mindən çox azərbaycanlı və ölkədə yaşayan digər azsaylı xalqların nümayəndələri vəhşicəsinə qətlə yetirilmişdilər.
Mart soyqırımı hadisələri tarixçi və hüquqşünaslar tərəfindən dəfələrlə tədqiq olunmuş və bu gün də araşdırılmaqdadır. Bu hadisə xalqımıza qarşı edilən amansız soyqırım kimi qiymətini almalıdır. Lakin təəssüf ki, soyqırım kimi tarixi hadisələrin adını bəzən lobbist kluar müəyyən edir.Ancaq qoca tarix haqqın tərəfindədir.
Soyqırım qurbanlarını müqəddəs hüznlə anırıq!
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
Direktoru Təhmasib Məmiyev
Bölməyə aid digər xəbərlər

Tarix: Dün, 19:31
Bölməyə aid digər xəbərlər
Dün, 19:33 Tarixi yaddaşımızdan silinməyən soyqırım
27-03-2023, 10:44 Mürsəl Eminov: Qafqazda törədilmiş ən qanlı hadisə